• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevə “badımcan” aparırdılar, 108 kq heroinlə belə saxlanıldılar -VİDEO

Kiyevə “badımcan” aparırdılar, 108 kq heroinlə belə saxlanıldılar -VİDEO
16.06.2020 15:55
Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan "Scania” markalı "AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.

"Qafqazinfo” DGK-ya istinadən xəbər verir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.

Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində "örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış "badımcanların”  altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol