• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bir gündə dörd nəfər intihara cəhd etdi

Bakıda bir gündə dörd nəfər intihara cəhd etdi
22.06.2020 17:52
Bakıda iki həftəlik sərt karantin rejiminin ilk günündə Daxili İşlər Nazirliyinin paytaxt bölmələri tərəfindən dörd intihara cəhd hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 21-də Binəqədi rayonunda 1966-cı il təvəllüdlü Rafiq Əliyev qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Vəziyyəti ağır olan kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, intihara cəhdə səbəb kimi onun depressiyaya düşməsi göstərilir.

Səbail rayonu Niyazi küçəsində, 3 nömrəli evin qarşısında 1979-cu il təvəllüdlü Neftçala sakini Fizuli Əliyev sərxoş halda intihara cəhd edib. O, venalarını kəsib, ancaq 9-cu Polis Bölməsinin əməkdaşları ilə aparılan profilaktik söhbətdən sonra lazımi tibbi yardım göstərilməsinə icazə verib.

Nizami rayonunda məişət zorakılığının qurbanı intihara cəhd edib. Qara Qarayev prospektində yaşayan 1998-ci il təvəllüdlü T.Əlizadə əri və qayınanası ilə münaqişədən sonra həb qəbul edib. Bu barədə polisə zərərçəkənin anası xəbər verib. 

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 1990-cı il təvəllüdlü G.Hüseynova Rəsul adlı tanışı ilə mübahisədən sonra intihara cəhd edib. O, dərman qəbul elədikdən sonra 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bütün bu faktlar ərazi polis idarələri tərəfindən araşdırılır. Qeyd edək ki, daha iki dərman və kimyəvi məhlulla zəhərlənmə hadisəsi qeydə alınıb. Ancaq bu hallarda intihara cəhd edildiyi hələ sübut olunmayıb.

Tanınmış psixiatr və Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov daha öncə bildirmişdi ki, Azərbaycanda xüsusi karantin rejimi dövründə bir çoxlarında narahatlıq və aqressivlik müşahidə olunur.

Belə şəxslərdə narahatlıqla bağlı pozğunluqlar, evdə daimi qalmaqla əlaqəli güclü qıcıqlanma, depressiya, halsızlıq, passivlik aşkarlanır. Əksər insanların bu və ya digər formada uyğunlaşma pozğunluğu var.

Mütəxəssislər bir çox insanın karantindən sonra ruhi pozğunluqlarla qarşılaşacağını gözləyirlər. Bu səbəbdən ekspertlər vətəndaşların minimum mənfi nəticələrlə normal həyata qayıtmasına kömək etməyə hazır olmalıdırlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol