• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib

Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib
27.06.2020 17:58
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC ilk dəfə dağ kombaynlarını yerli fermerlərin istifadəsinə verib. 

Bu il Prezident İlham Əliyev dağlıq ərazilərdəki əkin sahələrində biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına vəsait ayırıb. Artıq "Aqrolizinq" 25 ədəd dağ kombaynı alaraq onlardan 6-nı ölkəyə gətirib. Kombaynlar bu gün çətin relyefli sahələrdə test edilib və fermerlərə təqdim olunub. Onlar Cəlilabad rayonunun Ləzran kəndində biçin işləri aparıb. Yardımlı və Lerik rayonlarında da bu kombaynlar çalışır.

Ölkəyə gətirilən yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq.
Kombaynın 6 000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaya kömək edəcək. Biçinə aran rayonlarındakı arpa sahələrindən başlanılıb və proses, demək olar ki, yekunlaşıb. Hazırda dağ rayonlarında buğda biçini, eləcə də dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.

Dağ kombaynları Cəlilabad, Yardımlı və Lerik rayonlarında işlərini bitirdikdən sonra, digər dağlıq rayonlarda (biçinin gec başladığı Gədəbəy, Daşkəsən və s. rayonlarda) fermerlərə xidmət edəcək. 

Xatırladaq ki, bu il Azərbaycan ərazisində (Naxçıvan MR istisna olmaqla) 974 min hektara yaxın taxıl sahəsi mövcuddur ki, bunun 614 min hektarı buğda, 360 min hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombayn cəlb olunub, bunun 710-u "Aqrolizinq”ə məxsus, 990-ı isə fiziki şəxslərə və iri təsərrüfat sahiblərinə məxsusdur. Ötən ildə oluğu kimi, bu il də "Aqrolizinq” ilk olaraq 50 hektara qədər olan taxıl sahələrinin biçilməsinə dəstək verir. Biçin qiyməti ötən il olduğu kimi 1 hektar taxıl sahəsi üçün 38 manatdan çox deyil. (report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol