• $
  • €
  • ₽
  • ₺
  • £

Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı

Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı
01.07.2020 13:03
Şəmkirdə kiçik toy məclisi keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib. 

Rayon İcra Hakimiyyətinə məlumatına görə, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Xatırladaq ki, ötən gün evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

Belə ki, ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol