• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19 insan orqanizmində neçə gün yaşayır?

COVID-19 insan orqanizmində neçə gün yaşayır?
04.07.2020 12:14
"COVID-19-un insan bədənində neçə gün yaşadığına dair dəqiq məlumat vermək çətindir”.

Anews.az xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, birmənalı şəkildə deyə bilmərik ki, bu virus insan bədənində 10-15 gün yaşayıb məhv olur:

"Virus insan bədəninə düşdüyü və yoluxdurduğu gündən, orqanizm buna qarşı mübarizə aparır. Bu mübarizədə əsas şərt immun sistemidir. İmmun sistemində alfa, beta, qamma immunoqlobulinlər sintez olunur. Virusla əsas mübarizə funksiyası isə qamma immunoqlobulinlərin üzərinə düşür.

Orqanizmdə ilk olaraq COVID-19 infeksiyası ilə mübarizədə qamma immunoqlobulin sintez olunur. Bu immunoqlobulin virusun yox olmasını sürətləndirir. Digər tərəfdən, orqanizmdə zülallar virusun genomunu parçalayır.

Belə olan halda, virus gücünü itirir və orqanizmdə parçalanaraq, digər orqanlara yayıla bilmir. Bu proses immun sistemi güclü olan, sağlam orqanizmə sahib insanlarda özünü göstərir və onlar virusa qalib gəlir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol