• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Sobsan" boya fabrikinin sexi yanır

Bakıda "Sobsan" boya fabrikinin sexi yanır
04.07.2020 23:47
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən "Report"a bildirilib ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

***22:15

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin digər aidiyyəti rəhbər şəxsləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan” boya fabrikində yanğının baş verdiyi əraziyə gəlib. 

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

***21:40

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.

"Report”un məlumatına görə, partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.

***20:32

Bakıda boya fabrikində yanğın başlayıb.

"Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinin sexində yanğın başlayıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol