• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ECMO aparatı Bəhram Bağırzadədən başqa kimlərə qoşulub?

Azərbaycanda ECMO aparatı Bəhram Bağırzadədən başqa kimlərə qoşulub?
08.07.2020 15:31
Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Əməkdar artist Bəhram Bağırzadəyə qoşulan ECMO cihazı hələlik başqa xəstə üçün istifadə edilməyib.

Anews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Hospitalın "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.
Mərkəzin rəisi qeyd edib ki, indiyədək bir xəstə üçün istifadədə yüksək nəticə verən cihazın effektivliyi 100 faiz qiymətləndirilir:

"Bizim xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə iyunun 11-dən başlanılıb. İyunun 13-də isə cihazı ehtiyacı olan xəstəyə taxmışıq. Hələlik bir xəstə üçün istifadə edildiyindən və müsbət nəticələr əldə olunduğundan effektivliyi 100 faiz hesab edilir.

Aparat hazırda reanimasiyada yatan xəstələrin yanındadır. Təbii ki, ehtiyacı olan xəstə üçün dərhal istifadə ediləcək. Hələ ki belə vəziyyət yaranmayıb, ümid edirik ki, yaranmaz da”.

R.Mahmudov deyib ki, xəstəxanada müalicə alan bütün xəstələrin müalicəsinə məsuldurlar:

"O cümlədən də Bəhram Bağırzadənin. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir”.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov mətbuata açıqlamasında bildirmişdi ki, ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. O, həmçinin sözügedən aparatların qiymətinin 6 milyon dollar olduğunu açıqlamışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol