• $
  • €
  • ₽
  • ₺
  • £

Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir — ARAŞDIRMA

Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir — ARAŞDIRMA
08.07.2020 21:54
Bütün dünyanı cənginə alan koronavirus infeksiyası (COVID-19) can almağa davam edir. Dünyada, eləcə də Azərbaycanda virusun olub-olmamasını təsbit etməyin yeganə doğru üsulu PCR testləridir. Bunun da cavabı 4-8 saat və ya müəyyən səbəblərdən 24 saata kimi çəkə bilər.

Bu gün ölkədə insanlar koronavirus şübhəsi ilə ya yaxma nümunəsi, ya da qan analizi ilə nəticələrinin neqativ çıxmasına ümid bəsləyirlər.

Ancaq bir çox faktlar da var ki, bu analizlərin cavabı neqativ çıxsa da, kompüter tamoqrafiyasının (KT) nəticəsində ağciyərlərdə "buzlu şüşə” deyilən mənzərə ilə koronavirusa yoluxma şühbəsi öz təsdiqini tapmış olur. Ona görə də insanlar arasında hələ də virusun olduğuna dair inamsızlıq var. Çünki virusun simptomlarını özlərində hiss etdikləri təqdirdə verdikləri testlərin cavabı neqativ çıxır və bir müddət sonra vəziyyətləri pisləşir, ağırlaşmış halda xəstəxanaya çatdırılır. Bu da bəzən ölümlə nəticələnir.  

Report qeyd olunan məsələ ilə bağlı həkim, klinikalar və müvafiq strukturlarla araşdırma aparıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu Məlahət Sultanova deyir ki, pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş "buzlu şüşə” görüntüsü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş və narahatlıq yaradır.

O qeyd edib ki, hazırda "buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir:

"Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. "Buzlu şüşə” xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir.

Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir. "Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4-cü günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. "Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir”.

Mütəxəssis eyni zamanda KT müayinəsinin insan orqanizmi üçün yarada biləcək fəsadlarını da açıqlayıb:

"KT müayinəsində pasientin effektiv şüalanma dozası 7 mZv təşkil edir. İllik şüalanma dozası ilə müqayisə etsək, bu, orta hesabla iki illik təbii şüalanma dozasına bərabər kəmiyyətdir. İonlaşdırıcı qabiliyyəti olan şüalar mütləq bioloji təsirə malikdirlər. Bioloji təsir dedikdə şüa enerjisinin təsirindən yaranmış dəyişiklik nəzərdə tutulur. Bu hadisə dozadan asılı olaraq, öldürücü də ola bilər. Canlı toxuma ilə ionlaşdırıcı enerjinin təmas müddəti 0,6 saniyəyə qədər olduğundan bioloji mühitdə dəyişikliklər baş vermiş olur. Enerjinin bioloji obyekt tərəfindən (makromolekul, faqlar,  birhüceyrəlilər, çoxhüceyrəli bitki və heyvanlar, insan, biosenozlar) udulduğu an fiziki proses baş verir. Əmələ gələn yüklü hissəciklər kimyəvi reaksiyaya təkan verir. Biokimyəvi, biofiziki proseslər morfoloji və funksional dəyişikliklərə gətirib çıxarır. Ona görə də müayinə xüsusi göstərişlər əsasında aparılmalıdır”.  

"Yeni Klinika” Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsinin neqativ çıxdığını, sonradan pozitivə çevrildiyinə diqqət çəkib:

"Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir. Bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır. Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan "buzlu şüşə” aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib, həmin gün müalicəyə başlamaq lazımdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol