• $
  • €
  • ₽
  • ₺
  • £

"Ramiz Mehdiyevin nəvəsi villası üçün İtaliyadan mərmər gətizdirib"

"Ramiz Mehdiyevin nəvəsi villası üçün İtaliyadan mərmər gətizdirib"
08.07.2020 23:46
Ramiz Mehdiyev nəhayət sükutu pozdu. O, son günlər barəsində səsləndirilən ittihamların əsassız olduğunu bəyan etdi.
Ramiz Mehdiyev yarıtmaz idarəetmə sistemi formalaşdırmaqda, rüşvət və korrupsiyanı çiçəkləndirməkdə, ölkənin ictimai-siyasi həyatını "zəhərləməkdə”, hakimiyyətin başlatdığı islahatları sabotaj etməkdə ittiham olunurdu. AMEA-prezidentini ittiham edənlər isə əsasən hakimiyyət düşərgəsinə yaxın şəxslər idi.
 
Ramiz Mehdiyev hələ Prezident Admnistrasiyasının rəhbəri olduğu dönəmdə də oxşar ittihamlarla üzləşib. Amma indiyə qədər bu tip ittihamları cavablandırmayıb. Bəs indi nə baş verib ki, AMEA prezidenti dilə gəlib?
 
Mövzunu Yenisabah.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Ramiz Mehdiyevin hədəfə gəlməsi və nəhayət, sükutu pozaraq ittihamlara cavab verməsi hansısa hakimiyyətdaxili ziddiyyətlərdən doğmur və  təsadüfi deyil.
 
ADP sədrinin fikrincə, bütün bunlar Rusiyaya bağlı 5-ci kalonun deşifrə olunması prosesinin təzahürüdür. "Ramiz Mehdiyev barəsində yazılanlar, onun hədəfə gəlməsi Rusiyaya bağlı 5-ci kalonun deşifrə olunması ilə bağlıdır. Artıq bu faktları gizlətmək mümkün deyil.
 
Ramiz Mehdiyev həmin o 5-ci kalona rəhbərlik edən şəxslərdəndir. 5-ci kalonun nümayəndələri isə Rusiyanın buradakı emissarlarıdır. İdarəetmə sitemində kök atıblar. Elə dünən mediada da yazılıb ki, Azərbaycanın diplomatik korpusunda Rusiya kəşfiyyat orqanlarına bağlı adamlar var. Bunların hamısına da Ramiz Mehdiyev nəzarət edib.
 
Dövlət orqanlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları o yerləşdirib. İndi də idarəetmə sisteminin həmin adamlardan təmizlənməsi prosesi gedir. Bu təmizləmə əməliyyatı bütün dövlət orqanlarını əhatə etməlidir”, - deyə Sərdar Cəlaloğlu vurğulayıb.
 
Partiya sədri əlavə edib ki, Ramiz Mehdiyev bütün bunlara görə cavab verməlidir: "Ramiz Mehdiyevin fəaliyyəti araşdırılmalı və o cavab verməlidir ki, Xarici İşlər, Müdafiə nazirlikləri və digər dövlət sturktularına bu qədər agent necə yerləşdirilib. Kadr siyasətinə, daxili siyasətə o nəzarət edib. Ümumiyyətlə, ölkədə bütün neqativ təzahürlərin ideya müəllifi  Ramiz Mehdiyevdir. Vaxtilə onun yeni milli elitanın yaradılması ilə bağlı bir konsepsiyası var idi. Yeni milli elita deyəndə Rusiya kəşfiyyat orqanlarının agentlərindən ibarət rüşvətxor, korrupsioner və cinayətkar dəstənin yaradılmasında söhbət gedirdi.
 
İndi həmin adamlar ifşa olunur. Ona görə də Ramiz Mehdiyevə ünvanlanan ittihamlar tamamilə əsaslıdır. Dövlət təhlükəsizlik orqanları Ramiz Mehdiyevin fəaliyyətini, onun yürütdüyü kadr siyasətində Rusiya və Ermənistan faktorunun nə dərəcədə rol oynadığını araşdırmalıdır. Öyrənilməlidir ki, bu kadr siyasətində xarici kəşfiyyat orqanlarının rolunu nə dərəcədədir və Ramiz Mehdiyevin onlarla əlaqələri hansı səviyədədir.
 
Təsəvvür edin, bunun bir nəvəsi var, özünə villa tikir. Villanın fasadına ağ mərmər vurulub. Həmin mərmər İtaliyadan gətirilib və 1 kvadratmetri 5000 manatdır. Orada işləyən ustalar deyir bunu. Bütün bunlar araşdırılmalıdır. Ramiz Mehdiyev cavab verməlidir ki, bu pulları haradan əldən edib”, - deyə müsahibimiz bildirib.
 
Sərdar Cəlaloğlu prosesin məntiqi yekunu olaraq Ramiz Mehdiyevlə bağlı araşdırmaların aparılacağına ümid edir: "Bu baş verməsə, Azərbaycan təhülkəli vəziyyətdə qalmağa davam edəcək. Problemlər həllini tapmayacaq və biz inkişaf edə bilməyəcyik.
 
Baxın illərdir Qarabağ problemi həll olunmur. Niyə? Çünki danışıqlarda Azərbaycan tərəfdən Rusiyaya bağlı şəxslər iştirak edir və onların sözünü deyir. Hərbi sahədə uğur qazana bilmirik, çünki bu strukturda da Rusiyanın agentləri var. Bütün sahələrdə belədir. Bu problemə son qoyulmalıdır”, - deyə ADP sədri vurğulayıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol