• $
  • €
  • ₽
  • ₺
  • £

Qonşu ölkələrdə koronavirusla bağlı ƏN SON VƏZİYYƏT

Qonşu ölkələrdə koronavirusla bağlı ƏN SON VƏZİYYƏT
10.07.2020 19:29
Rusiyada son sutka ərzində daha 6 635 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 713 min 936-ya çatıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  213 min 851 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 174 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 11 017-yə çatıb. Ümumilikdə 489 068 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 5 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış "Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 973-ə çatıb. Xəstəlik səbəbindən 15 nəfər həyatını itirib, 846 nəfər isə sağalaraq evinə buraxılıb. Ölkədə 4 851 nəfər karantinə alınıb, 231 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Ermənistanda sutka ərzində daha 557 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 30 903-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 11 nəfər artaraq 521-ya çatıb. Ümumilikdə 18 709  pasiyent müalicə olunaraq sağalıb, 11 471  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol