• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevin qardaşı ilə bağlı QALMAQAL

Elmar Vəliyevin qardaşı ilə bağlı QALMAQAL
12.07.2020 09:02
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib.
 
Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki "Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək "Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb.

Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməməsi olub.

Məhkəmə ərəfəsində cavabdeh "Aktauskiy Maşınqayırma Zavodu” məhkəməyə müraciət edərək sülh razılaşmasının təsdiq edilməsini istəyib.

Zavod ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edib. Bildirilib ki, tərəflər arasında sülh razılaşması əldə edilib.

Barışıq sazişi təsdiq edilib və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilib.

Razılaşmaya əsasən zavod hər ay Şahmar Vəliyevə 42.833 dollar ödəyəcək.

Qeyd edək ki, "Azneftemaş” ASC Vəliyevlərin nəzarətində olan şirkətlərdən sadəcə biridir.

"Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı "Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri də Şahmar Vəliyev və oğlu Ruslana məxsusdur.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən "Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır.

Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan "R. Avadanlıq və Material Ehtiyatları” ASC, "İndependent” MMC (2001-ci il), "Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir. Vəliyevlərə məxsus daha bir neçə şirkət var.
 
 
(musavat)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol