• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın borca görə adam oğurlatdırdı

Bakıda qadın borca görə adam oğurlatdırdı
17.07.2020 09:56
Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Anews.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək. 

Qeyd edək ki, dəstə üzvləri -  Allahverdiyev Vasif Dursun oğlu, Hüseynov Şaiq Firdovsi oğlu, Fəqan Eminoğlu, Qasımov Elçin Tofiq oğlu, Rəsulova Fərəh Fətulla qızı,  Kazımlı Niyaməddin Sabir oğlu və sifarişçi Abbasova Aygün  Bayram qızına Cinayət Məcəlləsinin 144.2.3-cü ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu) və 144.2.6-cı (Tamah məqsədilə və sifarişlə adam oğurluğu) maddələri ilə ittiham verilib.

Hadisə 2019-cu ilin sentyabr  ayında baş verib. Paytaxt sakini Hüseyn Əsgərov 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilmədiyi üçün sentyabrın 9-da oğurlanıb. 

Onun kriminal aləmin nümayəndələri tərəfindən Abbasovanın istəyi ilə oğurlandığı məlum olub. H.Əsgərov əvvəlcə Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib, daha sonra məcburi qaydada avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Orada H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 000 manatın əvəzinə 30 000 manat ödəməsini bildirərək işgəncə veriblər.
Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10 000 manat verəcəyini vəd edib.
Polisin keçirdiyi əməliyyatla H.Əsgərov azad edilib və dəstə üzvləri saxlanılıblar. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol