Yürüşlə bağlı saxta məlumat paylaşanlar saxlanılıb

Qazaxda sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.
Araşdırmalarla məlum olub ki, rayon sakinləri Ş. Almazova və Kamal Əliyev müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib, profilaktiki söhətlər aparılaraq ciddi xəbərdarlıq edilib.
www.anews.az
























