• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddəki vəziyyətlə bağlı bəyanat yayılıb

Sərhəddəki vəziyyətlə bağlı bəyanat yayılıb
17.07.2020 13:12
Ermənistan- Azərbaycan sərhəddində son qarşıdurmalarla əlaqədar GUAM Parlament Assambleyasının sədri, deputat Elnur Allahverdiyev bəyanat yayıb.
 
ANEWS.az-ın məlumatına görə, deputat bildirib ki, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərini atəşə tutur, mövqelərimizi ələ keçirməyə cəhd göstərir: "Bu aqressiya nəticəsində dinc əhali və hərbçilər arasında ölən və yaralananlar var.

Azərbaycan bu təcavüzün dünya birliyinə çatdırılması tədbirləri çərçivəsində sədrlik etdiyi GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə bəyanat artıq GUAM üzvlərinin parlament heyətlərinin rəhbərlərinə göndərilib”.

Qeyd edək ki, bəyanatda bildirilir ki, Azərbaycanın Tovuz rayonunda həm hərbçilərin, həm də mülki şəxslərin həlak olmasına səbəb olan, Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən zorakılığın artmasından olduqca narahatıq. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Ermənistan Respublikasını təcavüzkar hərbi siyasət və təxribata dərhal son qoymağa çağırırıq.

Biz təəssüf edirik ki, Azərbaycan ərazilərinin, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalı 30 ilə yaxındır ki, davam etməkdədir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan beynəlxalq birliyə etinadsizlıq göstərməyə davam edir. Sərhəd boyunca Ermənistan tərəfindən törədilmiş son zorakılıq rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoymaqda və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda maraqlı olmamasının daha bir əyani sübutudur.

Biz beynəlxalq birliyin COVİD-19 ilə mübarizə apardığı bir zamanda Ermənistanın BMT Baş katibinin COVİD-19 səbəbindən ümumbəşəri atəşkəsə dair təşəbbüsünü dəstəkləyərək öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək Azərbaycan qarşı hücuma başlaması faktından olduqca narahatıq.
Biz aşkar şəkildə üzv olduğu hərbi-siyasi təşkilatların Azərbaycan Respublikası ilə münaqişəyə cəlb edilməsi məqsədini güdən Ermənistan Respublikasının təhlükəli hərbi addımlarını diqqətlə izləyirik. Ermənistanın bu məqsədi qəbuledilməzdir, belə ki, Cənubi Qafqaz regionunda siyasi-hərbi vəziyyət artıq olduqca həssasdır və regiondankənar hər hansı müdaxiləyə davam gətirə bilməz.

Buna görə də biz Ermənistan Respublikası rəhbərliyini gələcək eskalasiyanın qarşısını almaq üçün dərhal Azərbaycan ilə sərhəddə bütün hərbi əməliyyatlara və silahlı qarşıdurmalara son qoymağa, atəşkəs rejimini bərpa etməyə və gərginliyi artıran hər hansı addımlardan çəkinməyə, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsiplərə müvafiq olaraq münaqişənin dərhal həlli ilə əlaqədar öhdəliklərini icra etməyə çağırırıq.

Ermənistan-Azərbaycan sərhəddində son dövrdə şiddətin artması və qalmaqda olan gərginlik və hərbi əməliyyatları nəzərə alaraq, mən, sədr olaraq növbəti həftədə Ermənistanın Azərbaycana qarşı zorakılığı və onun səbəb olduğu nəticələrin müzakirəsi üçün GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclasının keçirilməsinə çağırış edirəm.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol