• $
  • €
  • ₽
  • ₺
  • £

Belçikada ermənilər tərəfindən döyülən azərbaycanlı gənclər canlı yayıma çıxıb

Belçikada ermənilər tərəfindən döyülən azərbaycanlı gənclər canlı yayıma çıxıb
24.07.2020 11:34
Ötən gün Belçikada erməni təxribatı nəticəsində döyülən azərbaycanlı gənclər dostlarıyla canlı yayıma qoşulublar. 

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, təxribatda xəsarət alan Cahandar Zahidov (Yazar Mirzə Sakitin oğlu) və Rizvan Aslanov səhhətlərinin yaxşı olduğunu bildiriblər. 

C. Zahidov dostlarının onun üzündə olan qana görə narahat olduqlarını vurğulayıb: "Hər şey qaydasındadır. O qan şəhidlərimizin hamısına qurban olsun. Biz nə etsək də Vətənə, bizi yetişdirən o torpağa, bizim uğrumuzda canlarından keçənlərə borcumuzu qaytara bilmərik. Xalqımızı səbrli olmağa çağırıram. Heç bir ölkədə hadisə törətməyin. Biz düşmənin qadınına, uşağına əl qaldırmarıq. Ancaq onlar bunu edirlər”. 

Canlı yayımda iştirak edən R. Aslanov bildirib ki, təxribat törədən ermənilərdən çoxunun tutulduğunu qeyd edib. O xaricdə yaşayan azərbaycanlıları birlik olmağa, təxribatlara uymamağa çağırıb. 

R. Aslanov yanındakı şəxsə işarə edərək ötən gün təxribatçı ermənilərin paylaşdığı videoda suya salınan şəxsin də yanlarında olduğunu bildirib. 
Qeyd edək ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin məlumatına görə, artıq hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son günlər ərzində 25 ölkədə 56 aksiya keçirilib.  Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol