Polisin saxladığı avtomobildən sərnişin belə qaçıb

Bakı şəhər sakininin avtomobilində narkotik vasitə aşkarlanılıb.
Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-ü saat 23 radələrində Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi "KİA” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sərnişin oradan qaçıb.
Şəxsi axtarış zamanı T.Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan artıq metamfetamin və 28 qramdan artıq heroin aşkar edilərək götürülüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























