Ziyarətgaha gedənlər cərimələndi

İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib.
DİN-dən Anews.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























