• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi

Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi
06.08.2020 16:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Anews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə,  2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. 

H.Abdullayev bu ilki plan üzrə nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 554 mənzilin şəhid ailələrinə, müharibə əlillərinə verildiyini, qalan mənzil və fərdi evlərin də ilin sonunadək təqdim ediləcəyini deyib. O, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən nazir müavini bu kateqoriyadan olan vətəndaşlara   2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib. 2020-ci ildə də müharibə əlillərinə 400 avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan artıq 150-nin verildiyini, ümumən indiyədək 6900  avtomobilin müharibə əlillərinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol