• $
  • €
  • ₽
  • ₺
  • £

Penitensiar müəssisələrdə epidemioloji vəziiyət AÇIQLANDI

Penitensiar müəssisələrdə epidemioloji vəziiyət AÇIQLANDI
08.08.2020 09:23
Ədliyyə Nazirliyində "Ədliyyə fəaliyyəti: ictimai müzakirə" mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.

Anews.az xəbər verir ki, ictimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Tibb Baş İdarəsinin Müalicə işinin təşkil idarəsinin rəisi Füzuli Hüseynov Ədliyyə Nazirliyində tibb xidmətinin təşkili işi barədə məlumat veriblər.

Bildirilib ki, demək olar ki, bütün müəssisələr üzrə sanitar nəzarət postları qurulub, bu postlar fərdi mühafizə vasitələri, termometrlər, dezinfeksiyaedici avadanlıq və digər vasitələrlə təchiz edilib. Hər bir qurumda infeksiyaya nəzarət üçün lazımi şərait yaradılıb və işlər bu gün də davam etdirilir.
Eyni zamanda penitensiar müəssislərə daxil olan bütün nəqliyyat vasitələrinin, ərazinin dezinfeksiyasına başlanılıb. Eyni zamanda, əməkdaşlar, məhkumlar arasında tibbi maska gəzdirməyin, fiziki məsafənin saxlanılmasının əhəmiyyəti, əllərin yuyulması və digər təlimatlar üzrə bütün göstərişlər çatdırılıb.

Bundan başqa, vurğulanıb ki, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən maarifləndirmə işinin önəmi diqqətə alınmaqla, hələ ilk vaxtlardan etibarən əməkdaşların bu infeksiya ilə mübarizə istiqamətində məlumatlandırılması, onlara lazımi biliklərin aşılanması ilə bağlı tabe qurumlara müvafiq göstərişlər verilib. Məhz bu istiqamətdə atılan ilk addımlardan biri kimi, yoluxma faktı aşkarlanacağı təqdirdə həmin şəxslərin dərhal müalicəsinin təmin edilməsi, təmaslara nəzarət olunması, karantin qaydalarına riayət olunmasına diqqət yetirilməsi və digər qabaqlayıcı tədbirləri görmək üçün mütəxəssislər ayrıldı, ixtisaslaşmış müalicə müəssisəsinin nəzdində xüsusi şöbələr müəyyənləşdirildi. Həmin şəxslər Həkimlərin Təkmilləşdirmə İnstitutunda kurslarda iştirak etdilər. Hazırda bu proseslər həyata keçirilir və bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, infeksiyaya tam nəzarət olunur. Nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Cəmiyyət 10:57
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
Cəmiyyət 10:39
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cəmiyyət 10:28
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Cəmiyyət 10:11
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol