Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən nəzarət-profilaktiki tədbirlər çərçivəsində sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan "Vaz 21011” markalı avtomobilin sürücüsü olan Yevlax şəhər sakini C.Bukavadzenin karantin rejimi qaydalarını pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























