• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tarixdən karantin rejimindən tədricən çıxa biləcəyik - TƏBİB rəsmisi

Bu tarixdən karantin rejimindən tədricən çıxa biləcəyik - TƏBİB rəsmisi
08.08.2020 10:47
"Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”.

Anews.az xəbər verir ki, bunu "Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:

"Biz daha əvvəllər də gördük ki, insanlar arxayın olduğu zaman xəstəliyə yoluxma sayı yenidən yüksələ bilər. Bundan sonra da yumşaldılmaların tədricən olacağı bir məqamda insanlar ehtiyatı əldən verməməlidir. Əgər yenə bu, ciddiyə alınmasa, xəstələrin sayının təkrar artımı müşahidə oluna bilər”.
Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:

"İnsanlar daha da ehtiyatlı olmağa başlayıblar. Artıq əhlinin böyük bir qismi yoluxub. Bu baxımdan düşünmürəm ki, bundan sonra yoluxmalar artsa belə, 500-600 civarında olsun. İndi yaşadığımız dövr qədər pik yoluxma olacağını zənn etmirəm.
İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.

V.Əliyevin sözlərinə görə, gedişat belə olarsa, payıza doğru tədricən karantin rejimindən çıxa biləcəyik:
"Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz.

Zamanla bu azaldılacaq. Çox güman ki, müvafiq qurumlar tərəfindən vəziyyət dəyərləndirildikdən sonra rayonlararası gediş-gəlişlə bağlı qərar veriləcək. Fikrimcə, müsbət tendensiya davam edəcəyi təqdirdə payıza doğru karantin rejimindən tədricən çıxacağıq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Cəmiyyət 10:57
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
Cəmiyyət 10:39
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cəmiyyət 10:28
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Cəmiyyət 10:11
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol