Karantin qaydalarını pozaraq ad günü keçirənlər saxlanıldı

Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən "Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























