• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücülər avtobusları qoyub qaçdılar - Problem

Bakıda sürücülər avtobusları qoyub qaçdılar - Problem
04.07.2014 16:01

Bakıda avtobus sürücülərinə qarşı reyd keçirildiyindən xəbər tutan bəzi sürücülər idarə etdikləri avtobusları ərazilərdə qoyub qaçıb və bununla da yoxlamadan yayınıblar. Bu isə paytaxtda sərnişindaşımada müəyyən problemlər yaradıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.Bölmə rəisi qeyd edib ki, Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, avtobus sürücülərinin iştirakı ilə qeydə alınan yol qəzalarının əksəriyyəti paytaxtdan bölgələrə, kənd və qəsəbələr, yaşayış məntəqələri, bağ massivləri, istirahət mərkəzləri, çimərliklər istiqamətində baş verir. Ona görə də bu gündən etibarən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə və şöbə əməkdaşları Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri arasında nizam-intizamın yaradılması, avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə reydlərin keçirilməsinə başlayıb: "Hazırda paytaxtda metronun "20 Yanvar", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının yaxınlığında reydlər keçirilir. Reydlər zamanı yenə də avtobus sürücülərinin müvafiq kateqoriya və yaxud sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi müşahidə edilir. Saat 14:00-dək "20 Yanvar" dairəsində avtobus marşrutları üzrə keçirilmiş reyd zamanı 6 avtobus sürücüsündə heç bir sənədin olmadığı aşkar edilib".V.Əsədov bununla bağlı sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib: "Avtobus sürücülərinə qarşı tərəfimizdən keçirilən tədbirlərin müsbət nəticəsi olması üçün hüquqi və fikizi şəxslər də öz məsuliyyətini artırmalı, marşrut boyu avtobusu və onu idarə edən sürücünün hərəkətini nəzarətdə saxlamalı, dispetçer nəzarətini gücləndirməlidirlər. Xəttə çıxan avtobus texniki cəhətdən saz olmalı, işıq cihazları işləməli, dövlət nömrə nişanları üzərində olmalı və rahat görünməli, sürücülər hərəkət boyu qanunun tələblərini yerinə yetirməlidirlər. Avtobusların dayanacaqlardan kənar, yolun hərəkət hissəsində, ikincə cərgədə, kəsişmə hissələrində saxlanılması sürücülür üçün məsuiliyyət yaradır".Onun sözlərinə görə, reydlər şənbə və bazar günləri da davam etdiriləcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol