DİN-dən 17 yaşlı qızın zorla qaçırılması ilə bağlı MƏLUMAT

Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən anews.az-a verilən məlumata görə, qeyd olunan faktla bağlı, cari ilin mart ayının 29-da qızın atası E. H. Bərdə Rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib: "Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























