Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hüseyn Arif küçəsində qeydə alınıb.
Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində 42 yaşlı İsmayıl Əhmədov və 25 yaşlı Orxan Məmmədov xəsarət alıb.
Onların hər ikisi Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılırwww.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























