• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO

Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
04.09.2020 22:58
Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb. 
Baku TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.
Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb. 

"İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” - deyə alim bildirib.
T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.
Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol