Polis ifadə alıb buraxdığı adamı axtarışa verdi

Bakı Şəhər Baş Polis İdarəsi oyun aparatlarını icarəyə götürürək qaytarmamaqla dələduzluq edən şəxsin tapılmaması barədə iddialara münasibət bildirib.
Bakı BPİ-nin mətbuat xidmətindən Anews.az-a bildirib ki, Röyal Seyfullayev elan saytlarının biri vasitəsilə Vüsalə Abdullayevaya məxsus 1150 manat dəyərində "Playstation 4 Pro” markalı oyun aparatını 50 manat ödəniş etməklə bir günlük icarəyə götürüb: "Sonra həmin oyun konsolunu Məmmədov Mehdi İlqar oğluna 500 manata satmaqla dələduzluq edib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.1-i maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmiş və şahid ifadələri alınıb, digər zəruri istintaq hərəkətləri yerinə yetirilərək 1 sentyabr 2020-ci il tarixdə R. Seyfullayev barəsində axtarış elan edilib. Həmçinin, cinayət yolu ilə əldə edilmiş oyun aparatını alan Mehdi Məmmədovun əməlinə R.Seyfullayevin tutulub istintaqa təqdim edilməsindən sonra hüquqi qiymət veriləcək”.
www.anews.az
























