• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar
16.09.2020 18:53
"İmişli rayonu, V. Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir”. 

Bu iddiayla bağlı "Qafqazinfo”ya bir qrup şikayətçi kənd sakini müraciət edib. Məktəbin qarşısına toplaşaraq etiraz aksiyası keçirən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər. 

Vüqar Muradov adlı valideynin ittihamına görə, işçilərdən rüşvət tələb edən E. Baxşəliyev heç vurma cədvəlini də bilmir: "Bu müəllimin savadı yoxdur, gəlib attestasiya keçirsinlər. Şəhidin adını daşıyan məktəbdə necə bu cür savadsız adam işləyə bilər? Bu adam öz tələbəsinə, müəlliminə sataşır, işçilərdən hər ay 30 manat rüşvət tələb edir. Biz onun direktorluqdan yox, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmasını istəyirik”.

Digər valideyn Anar Əhmədzadə iddia edib ki, direktor oğluna spirtli içki aldırmağı tapşırıb: "Oturub şagirdləriylə qumar oynayır, şagirdlərdən birinə tapşırır ki, "atana de, araq alsın”. Uşaq da atası araq almadığına görə məktəbə getməkdən qorxur. Bu müəllim savadsız olmaqla yanaşı, həm də əxlaqsızdır”. 

Şikayətçilərin sözlərinə görə, direktor bir müddət işdən uzaqlaşsa da, sonradan yenə işinə bərpa olunub: "O, 18 min manat rüşvət verərək işə bərpa olunduğunu və həmin pulu çıxarmaq üçün işçilərdən pul tələb etdiyini deyir”. 

63 nəfərlik siyahı tərtib edərək aidiyyatı qurumlara müraciət etdiklərini deyən məktəb valideynləri bildirir ki, dəfərlərlə direktorun qanunsuz əməlləri ilə bağlı rayon Təhsil Şöbəsində qəbulda olublar. Bu haqda Baş Prokurorluğa, İmişli rayon Prokuroruna şikayətlər ediblər.  
 

Digər bir şikayətçi Asif Allahverdiyev isə iddia edib ki, E. Başxəliyev məktəbə məxsus əşyaları vaxtilə ona satıb:

"Mən 9 ildir bu məktəbdə işləyirəm. Elşən Baxşəliyev məktəb direktoru olduğu müddətdə öz otağındakı şkafı, televizoru və məktəbin əşya şkafını mənə 200 manata satıb. İndi də Niyaməddin Gözəlovun şikayətinə görə onları geri istəyir. Mən deyirəm ki, pulumu ver, gəl, həmin əşyaları apar. Amma direktor pulu qaytarmaq istəmir. Deyir ayın 10-dək əşyaları geri qaytarmasan, səni tutduracağam”.

Şikayəti araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən "Qafqazinfo”ya bildirildi ki, hazırda bu məsələ ilə bağlı xidməti araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol