Koronavirusdan ölənlərin sayı 578-ə çatdı - Azərbaycanda
22.09.2020 15:54
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anews.az-a verilən məlumata görə, onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.