• $
  • €
  • ₽
  • ₺
  • £

"Twitter"də trendə düşmək niyə bu qədər əhəmiyyətlidir?

"Twitter"də trendə düşmək niyə bu qədər əhəmiyyətlidir?
12.10.2020 12:41
"Trend Topic” - TT (Çağdaş mövzu) populyar mikrobloq olan "Twitter”da ən çox istifadə olunan açar sözlər və həştəqlər nəticəsində yaranan siyahıdır. Yəni TT siyahısına nəzər yetirən istifadəçi həmin anda "Twitter”də hansı mövzunun əhəmiyyətli olduğunu dərhal anlaya bilər. Buna görə də TT istifadəçilərin əhəmiyyətli və populyar mövzulardan xəbərdar olması üçün vacib siyahı formasıdır.

"Trend Topic” olmaq üçün nə etmək lazımdır?

"Trend Topic” siyahısına həştəq və ya açar kəlimə salmaq asan proses deyil və tanınmış, izləyicisi çox olan şəxsi səhifələrin dəstəyi şərtdir. Yəni sizin TT-ə salmaq istidiyiniz mövzu istifadəçilər tərəfindən kütləvi şəkildə dəstək görməli və eyni həştəq və açar sözlərlə tvitlər paylaşılmalıdır. Həştəq, # (diyez) simvolu ilə işlədilən, məsafə qoyulmadan yazılıb mövzunun daha çox istifadəçi tərəfindən görülməsini təmin edən söz və ya söz birləşmələridir (Məsələn: #PrayForGandja, #StopArmenianAgression, #JusticeForKarabakh və s.)

Populyarlığı yüksək olan səhifələr sizin paylaşdığınız tvitləri "retweet”(hər hansı bir tviti yenidən öz səhifəndə paylaşmaq) etdiyi zaman həmin şəxsin izləyici kütləsi də həştəqlərinizi görəcək ki, bu da mövzunun daha tez TT olmasına səbəb olacaq.

Qeyd edək ki, "Facebook” və "İnstagram”dan fərqli olaraq dünyanın bir çox məşhur siyasətçisi və dövlət adamları, həmçinin hökumət qurumları və beynəlxalq təşkilatlar ən aktual mövzular barədə açıqlamalırını məhz "Twitter” vasitəsilə ictimaiyyətə çatdırırlar. Buna görə də hər hansı bir mövzunun TT olması, həmin mövzu haqında məlumatın dünyanın bir çox vacib şəxs və qurumlarına da çatması deməkdir.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin "Toçka-U” raket sistemindən istifadə edərək açdığı atəş nəticəsində Gəncə şəhərində həlak olan və yaralanan mülki şəxslərlə bağlı dünəndən etibarən sözügedən sosial şəbəkədə "PrayForGandja" (Gəncə üçün dua edin) həştəqi ilə 1,2 milyondan çox tvit atılıb.
Oktyabrın 11-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol