• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da CNN qarşısında aksiya keçirildi

ABŞ-da CNN qarşısında aksiya keçirildi
19.10.2020 14:57
ABŞ-ın Corciya Ştatında Atlantada Azərbaycan İcmasının təşəbbüsü ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı CNN-nin qərargahı qarşısında etiraz aksiyası keçirilib.

Anews.az-a daxil olan məlumata görə, aksiyada Atlanta ilə yanaşı, ABŞ-ın Virciniya, Alabama, Şimali Karolina ştatlarında yaşayan azərbaycanlılar da iştirak edib. 

Aksiya zamanı çıxış edənlər Ermənistan ordusunun törətdiyi qanlı terror aktları nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanmasını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Bununla yanaşı, aksiya iştirakçıları CNN-dən işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktları haqqında məlumatları yayarkən ədalətli olmağı tələb ediblər.
 
Aksiyada ABŞ-dakı Azərbaycan icması ilə yanaşı, Ahıska türklərinin və qazax icmasının nümayəndələri də iştirak edib. Azərbaycan, Türkiyə və Qazaxıstan bayraqlarının dalğalandığı aksiyada "Gəncə üçün dua et”, "Erməni təcavüzünə son qoyun”, " CNN, həqiqəti işıqlandır”, " CNN ədalətli ol, Ermənistanın təcavüzünü inkar etmə”, "Erməni terrorunu dayandırın!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndirilib.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol