• $
  • €
  • ₽
  • ₺
  • £

MTN-dən daha bir əməliyyat

MTN-dən daha bir əməliyyat
20.06.2014 16:43
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar. MTN-in İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılıblar.Məlum olub ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən 1 kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər.MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılıb, baxış zamanı təxminən 1 kiloqram heroin aşkar edilərək götürülüb.Hər iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılıb, İlhamiz Qurbanov, Vidadi Ağayev və Əhməd Hüseynzadə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.MTN və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə uzun müddət İran İslam Respublikasından və Tacikistandan Rusiyaya qaçaq yolla narkotik vasitələrin daşınması ilə məşğul olan Qırğızıstan vətəndaşı Djuşanlo L.T., Tacikistan vətəndaşı Kalonov A.A. və Rusiya Federasiyasının vətəndaşı Abdullayev Ş.A. Moskva şəhərində saxlanılıblar. Baxış zamanı 135 kiloqram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanılıb.MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar.Azərbaycan vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil ediblər. Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, Azad Səlimli, Əflatun Hacıyev və Qadir Hümbətəliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İstintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol