• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə yay məktəbi təşkil ediləcək

Şəkidə yay məktəbi təşkil ediləcək
20.06.2014 13:14

Şəkidə gənclər üçün maarifləndirici “Təmiz Şəhər Naminə” adlı Yay Məktəbi təşkil ediləcək. ANN.Az xəbər verir ki, məktəb “Yaşıl İqtisadiyyat”, “Yaşıl Sənaye” sahəsində öz biznesini başlamaq, bu sahədə fəaliyyət göstərmək istəyən gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədilə keçirilir.İyunun 19-da IDEA (Ətraf mühit naminə dialoq) İctimai Birliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Təmiz Şəhər Naminə” Yay Məktəbi layihəsi ilə əlaqədar təqdimat keçirildi.Tədbirdə çıxış edən IDEA-nın nümayəndəsi müasir dövrdə ətraf mühitin qorunmasının vacibliyini qeyd etmiş, layihənin məqsədi barədə məlumat verildi. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov çıxışında maarifləndirici yay məktəbinin artıq 5-ci ildir ki, təşkil edildiyini vurğuladı: O, qeyd etdi ki, indiyədək “Hər kağızı bir yarpağa dəyiş”, 15 ali təhsil müəssisəsi arasında “Bakı Debat Forumu” – “Yaşıl Düşüncə Kuboku-2012”, Qobustanda “Yaşıl Enerji Düşərgəsi”, ağacəkmə və bir neçə başqa ekoloji layihələr həyata keçirilib. “Təmiz Şəhər Naminə” Yay Məktəbinin 60 gənc iştirakçısı 5 gün ərzində (22-26 iyul) yaşıl iqtisadiyyat və biznes planlama üzrə təlimlərdə iştirak edəcək, komandalara bölünərək işgüzar oyun formatında biznes ideyalarını formalaşdırıb öz aralarında ən yaxşı yaşıl biznes ideyanı müəyyən edəcəklər. Yay Məktəbindən sonra gənclərə ideyalarını reallaşdırmaq üçün köməklik göstəriləcək.   Yay Məktəbində iştirak etmək istəyənlər üçün artıq sənəd qəbulu elan edilib. Gənclər yaymektebi.tamizshahar.az saytındakı ərizə formasını 5 iyula qədər doldurmalıdırlar. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə dəvət oluancaqlar. İştirakçıların bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Yay Məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol