• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif
06.11.2020 16:11
Şirkət "Virtual Təhsilə Dəstək” layihəsinin rəsmi mobil tərəfdaşıdır

Bakcell, ENGINET şirkəti və partnyorları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəsmi mobil tərəfdaşı olub. "Virtual təhsilə dəstək” layihəsinin məqsədi Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir.  

Belə ki, Bakcell "Virtual təhsilə dəstək” layihəsində iştirak edən minlərlə müəllim üçün xüsusi tarif hazırlayıb. Bu tarifdən istifadə edən müəllimlər pulsuz mobil nömrə əldə edərək ayda cəmi 5 manat ödəməklə öz həmkarları ilə pulsuz danışacaq, həmçinin ayda 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə qazanacaqlar.

Bu və digər oxşar layihələrə dəstək göstərməklə Bakcell şirkəti Azərbaycanda rəqəmsallaşma prosesinə öz mühüm töhfəsini verir.
Qeyd edək ki, təşəbbüs çərçivəsində təqdim olunan üstünlük və güzəştlərdən yararlanmaq üçün müəllimlər "Virtual təhsilə dəstək” layihəsində iştirak etməlidir. Daha ətraflı məlumat almaq üçün *1199 nömrəsinə (ENGINET şirkətinin zəng mərkəzi) zəng etmək və ya www.birlink.az səhifəsinə daxil olmaq kifayətdir.

Layihəyə qoşulmuş bütün təhsil işçiləri ENGINET şirkətinə məxsus "BİRLink” brendi tərəfindən ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bundan əlavə, "Virtual Məktəb” platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlər lisenziyalı Microsoft Office 365 proqramlarını ödənişsiz yükləyə biləcəklər. Layihə çərçivəsində müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə endirimli iştirak, "Smart Electronics” mağazalar şəbəkəsindən distant tədris üçün lazımı elektronika avadanlıqlarına xüsusi endirimlər və digər güzəşt və fürsətlərdən yararlanacaqlar.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Xatırladaq ki, 2019-cu ildə Bakcell, Təhsil Nazirliyi və "AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar ərazilərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol