• $
  • €
  • ₽
  • ₺
  • £

Gün eynəyini necə seçək?

Gün eynəyini necə seçək?
17.06.2014 23:00
Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Həkimlər isti günlərdə eynəklərin sağlamlıq üçün labüd olduğunu deyirlər. Yayda gün eynəyi alarkən nəyə diqqət etmək lazımdır? Hər küçədə, keçiddə satılan ucuz eynəklər ultrabənövşəyi şüaları əks etdirən xüsusi örtüyə malik deyillər. Bu çox təhlükəli vəziyyətdir. Eynək alarkən onların keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Rəngİndi istənilən rəngdə eynək almaq mümkündür - göy,qara, bənövşəyi, sarı. Amma dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır. ÖlçüEynək nə qədər böyük olsa bir o qədər yaxşıdır. Onlar həm dəblidir, həm də gündən yaxşı qoruyur. Əgər linza varsa...Əgər siz linzadan istifadə edirsinizsə, mütləq eynəkdən istifadə etməlisiniz ki, linzalar qurumasın. Xamelyon eynək Onların şüşələri işıqdan asılı olaraq dəyişir. İçəridə şəffaf, çöldə isə tünd olurlar. Unutmayın ki, onların rəngi bir anın içində dəyişmir. Günəş altına çıxan kimi bir müddət gözləriniz müdafiəsiz qalır. Uşaqlar Əgər uşaqların görmə qabiliyyəti aşağıdırsa, onlara gün eynəyi taxmaq olmaz. Gözlər normaldırsa, onları mütləq qorumaq lazımdır. Üz tipinə uyğun eynəyi necə seçməli?Yumru üzBelə üzə sahib olanlar yumru və ya oval gözlük seçməməlidir. Ovalİstədiyiniz bütün formalarda çərcivələrdən istifadə edə bilərsiniz. Ürək forma Pilot, pişik gözü formasında eynəklər sizə yaraşacaq. DördküncYuvarlaq, incə çərcivəli eynəklər sizin üçündür. Böyük formalı gözləri seçə bilərsiniz. //Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol