• $
  • £

Suqovuşana gedən yol minalardan təmizlənir

Suqovuşana gedən yol minalardan təmizlənir
29.11.2020 17:27
Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir.

Anews.az xəbər verir ki, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə - əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılır. Bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. On kilometrlik yolun 8 kilometri artıq təmizlənib. Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək.

Ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İ.İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur. Qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə həyata keçiriləcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq
Cəmiyyət 22:15
Sabah tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq
İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək
Cəmiyyət 19:53
İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək
Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vurulub
Cəmiyyət 19:30
Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vurulub
Daha bir marşrut avtobusu yenilənir
Cəmiyyət 18:53
Daha bir marşrut avtobusu yenilənir
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Cəmiyyət 18:28
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Buraxılış imtahanlarının nəticələri açıqlanıb
Cəmiyyət 17:20
Buraxılış imtahanlarının nəticələri açıqlanıb
Mətbuatda Baş nazir Əli Əsədovun mümkün biznes aktivləri ilə bağlı material dərc edilib
Cəmiyyət 17:05
Mətbuatda Baş nazir Əli Əsədovun mümkün biznes aktivləri ilə bağlı material dərc edilib
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 16:35
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
Keçmiş arvadını öldürüb, evini və maşınını yandırıb intihar edib
Cəmiyyət 15:32
Keçmiş arvadını öldürüb, evini və maşınını yandırıb intihar edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol