• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-dan qovulan tələbə haqda bu gün qərar veriləcək

BDU-dan qovulan tələbə haqda bu gün qərar veriləcək
30.11.2020 12:53
Bakı Dövlət Universiteti dövlət bayrağına qarşı hörmətsizlik iddiasıyla əlaqədər universitetdən qovulan tələbənin bərpa edilməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib.


BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva "Qafqazinfo" ya bildirib ki, universitetin Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib:


"P.Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək".


Xatırladaq ki, P. Məhəmmədov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsidir. Onun onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilməsi sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb. Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirərək hər kəsdən üzr istəmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol