• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bu yollar bağlı olacaq - SİYAHI

Sabah bu yollar bağlı olacaq - SİYAHI
09.12.2020 11:48
10 dekabr 2020-ci il tarixdə Bakının mərkəzi olan Azadlıq meydanında "Zəfər paradı” keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə :
1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,
2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,
3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,
4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,
5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,
6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,
7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,
8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.

Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər.
Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol