• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Cümhuriyyət Universitetindən şəhid övladlarına DƏSTƏK

Türkiyənin Cümhuriyyət Universitetindən şəhid övladlarına DƏSTƏK
09.12.2020 15:15
Türkiyənin Sivas Cümhuriyyət Universiteti 50 şəhid övladına təmənnasız təhsil verməyə hazırdır.

Anews.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat məlumat verib.

O bildirib ki, TÜİB Azərbaycanda Qarabağ şəhidləri ilə bağlı "Tək millət, tək ürək” adlı kampaniyaya start verib: "Kampaniya dəyərli millət vəkili Ramil Həsənlə birlikdə həyata keçirilir. Şəhidlərimiz millət, vətən üçün öz canlarını fəda etdilər, biz də onlara öz borcumuzu ödəmək üçün şəhid ailələrini ziyarət edir, əlimizdən gəldiyi qədər onlara maddi-mənəvi şəkildə dəstək oluruq”.

H. Büyükfırat kampaniya çərçivəsində təhsillə bağlı layihənin də yer aldığını qeyd edib: "Türkiyədəki universitetlərə Qarabağdakı şəhidlərimizin övladları və bacı-qardaşlarını oxutmaqla əlaqədar müraciətimizi oldu. Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız da səsimizə səs verdi”.

O, cari təhsil ilində şəhid ailəsindən olan 50 nəfərin Sivas Cümhuriyyət Universitetində təhsil ala biləcəyini deyib: "Bura həm tələbələrin təhsili, həm də onların yataqxana ilə təmin edilməsi daxildir. Eyni zamanda Sivas valisi də həmin tələbələrin təqaüdlə təmin ediləcəyinə söz verib. Bu övladlarımız orada oxuduqları müddət ərzində Sivas eli onlara sahib çıxacaq. Biz də TÜİB olaraq bu dönəmdə üzərimizə düşən borcu yerinə yetirməyə çalışırıq”.

Birlik sədri arzulayanların dekabrın 15-ə kimi TÜİB-ə müraciət edə biləcəyini diqqətə çatdırıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol