Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.
Nazirlikdən verilən məlumata görə, videomüşavirədə Fondun sədri Himalay Məmişov bildirib ki, işçi qrupda təmsil olunan əməkdaşlar xidməti ərazilərindəki şəhid ailələri və müharibə iştirakçıları ilə görüşürlər. İlk növbədə sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları sosial dəstək istiqamətləri müəyyən edilir, yaranan sosial təminat hüquqları izah olunur.
Proses davam edir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























