“Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil” - Rusiya MN

"Qarabağda rusiyalı sülhməramlıların mühasirəyə alınması haqqında məlumat həqiqətə uyğun deyil”.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Həmçinin, vurğulanıb ki, Rusiyanın sülhməramlı kontingenti qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahları ilə birbaşa rabitə kanalları ilə fasiləsiz qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısının alınmasında iştirak edir.
Rusiya MN xatırladıb ki, sülhməramlılar Qarabağda Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasındakı razılaşmalara uyğun olaraq fəaliyyət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























