Keçmiş polis rəisi koronavirusdan ÖLDÜ

Uzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.
A. Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.
1990-cı ildə Quba Rayon Polis Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP bölmə rəisi vəzifəsində çalışıb (report)
www.anews.az
























