• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə qaytarıldı

Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə qaytarıldı
18.12.2020 18:46
"Əvvəllər Azərbaycan SSR-in tərkibinə daxil olmuş Spitakaşen (Ağkənd) kəndi bilavasitə sərhədin o biri tərəfində qalıb. Hazırda ekskavator sərhəd xətti çəkir".

Virtualaz.org bildirir ki, bunu "Sputnik-Ermənistan" yazıb. Söhbət Zəngilan rayonunun 1992-ci ildə işğal edilmiş kəndindən gedir.
Əvvəllər bir sıra KİV-də Qafan sakinlərinin evlərini yandırmağa başladığı haqda şayiələr yayılmışdı.

Nəşrin yazdığına görə, ermənilər Ağkənd kəndində bir neçə evi yandırıblar. Sovet dövründə o, Ermənistan SSR ilə sərhəddə Azərbaycan SSR-in Zəngilan rayonuna daxil idi. İndi o, Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr, Qafan şəhərindən isə təxminən 2 km məsafədə yerləşir.
"Kənddə bir neçə ev var idi, onlardan birini sahibi yandırdı", - deyə "Sputnik-Ermənistan" qeyd edir.

Bu saatlarda ekskavator Sovet sərhədini işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.

Zəngilanın Ağkənd kəndi 1992-ci ilin aprelində rayonun Qazançı, Seyidlər, Dərəli, Pirveyis, Günqışlaq kəndləri ilə birlikdə erməni silahlı birləşmələri tərəfindən hücuma məruz qalıb və işğal olunub. Qafan istiqamətindən kəndə daxil olan erməni silahlı birləşmələri bu kəndlərə od vuraraq yandırıblar. İşğaldan sonra ermənilər kəndin adını "spitakaşen" olaraq dəyişdirmişdilər

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol