• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsinə ev tikilir- FOTOLAR

Şəhid ailəsinə ev tikilir- FOTOLAR
19.12.2020 13:39
Vətən müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla sosial tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ay həmin ailə ilə görüşmüşdülər. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq Nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürmüşdü.

Qısa müddətdə bu işlərə başlandı və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.

Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.

Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) də ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi də qərara alınmışdı. Nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol