• $
  • €
  • ₽
  • ₺
  • £

Oğuz və Qəbələdə şəhid ailələri və qazilər üçün təsərrüfatlar yaradıldı

Oğuz və Qəbələdə şəhid ailələri və qazilər üçün təsərrüfatlar yaradıldı
20.12.2020 10:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə Anews.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Oğuz rayonunda şəhid Babayev Elmanın atası Babayev Telman, şəhid Əliyev Anarın həyat yoldaşı Əliyeva Günel, şəhid İbrahimov Mayılın atası İbrahimov Nəriman, şəhid İsazadə Səfanın qardaşı İsazadə Röyal, şəhid Nuralıyev Elşənin atası Nuralıyev Rövşən, şəhid Şirəlizadə Süleymanın atası Şirəliyev İlham növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq, mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin ediliblər.

Qəbələ rayonunda şəhid Abdurəhmanov Elvinin atası Abdurəhmanov Əbülfəz, şəhid Bayramov Çoşqunun atası Bayramov Dilbər, şəhid Üzeyirov Müşviqin atası Üzeyirov Qoşqar və Vətən müharibəsində yaralanmış Şirinov Tural, Baxışov Murad, İsrafilov Zaur da özünüməşğulluq proqramına cəlb edilməklə, aktivlər alıblar.

Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol