Avtomobillə vurulan piyada hadisə yerində ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Məmmədbəyli idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Qüdrət İsmayılovu vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























