• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən dərman paketlərinin apteklərdə satılması barədə - AÇIQLAMA

TƏBİB-dən dərman paketlərinin apteklərdə satılması barədə - AÇIQLAMA
21.12.2020 15:23
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirus xəstələri üçün nəzərdə tutulmuş, TƏBİB-ə məxsus olduğu iddia edilən dərman paketlərinin apteklərdə satılması barədə yayılan fotolarla bağlı açıqlama verib.

TƏBİB-dən verilən məlumatda bildirilir ki, TƏBİB-ə məxsus olduğu iddia edilən, koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılır.

"Bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verildi. İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri "Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə "Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz”, - deyə məlumatda vurğulanır.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol