• $
  • €
  • ₽
  • ₺
  • £

Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb
24.12.2020 12:14
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, dekabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda 28 (aylıq normanın 95 faizi), Sumqayıtda 13 (aylıq normanın 52 faizi), Maştağada 20 (aylıq normanın 59 faizi), Binədə 11 (aylıq normanın 57 faizi), Çilov adasında 3, Mərkəzi-Aran rayonlarında: Neftçalada 25 (aylıq normanın 86 faizi), Hacıqabulda 24 (aylıq normanın 107 faizi), Kürdəmirdə 20 (aylıq normanın 75 faizi), Sabirabadda 20 (aylıq normanın 85 faizi), Cəfərxanda 19 (aylıq normanın 73 faizi), Salyanda 17 (aylıq normanın 60 faizi), İmişlidə 11 (aylıq normanın 47 faizi), Göyçayda 11 (aylıq normanın 35 faizi), Zərdabda 10 (aylıq normanın 51 faizi), Beyləqanda 6, Mingəçevir, Bərdədə 3, Tərtərdə 2, Balakən-Şəki zonasında: Altıağacda 20 (aylıq normanın 60 faizi), Mərəzədə 19 (aylıq normanın 63 faizi), Oğuzda 19 (aylıq normanın 41 faizi), Sarıbaş (Qax) 18, Kişçayda (Şəki) 14, Xaltanda 10 (aylıq normanın 46 faizi), Balakən, Nabranda 10, Xınalıq, Qrızda 5, Şabran, Şahdağda 3, Qazax-Gəncə zonasında: Ağdamda 7, Şəmkirdə 5, Gəncədə 4, Tovuz, Ağstafada 3, Ceyrançöldə 1, Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 12, Şərurda 9, Ordubad, Şahbuzda 8, Naxçıvanda 5, Kiçik Qafqazda: Daşkəsən, Gədəbəydə 4, Göygöldə 3, Lənkəran-Astarada zonasında: Lerikdə 3, Yardımlı, Lənkəran, Astarada 2 mm olub.

Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 27, Sarıbaşda (Qax) 25, Ağdərədə (Ordubad) 23, Altıağacda 21, Qrızda 17, Şahbuz, Xaltanda 14, Xınalıqda 11, Daşkəsəndə 10, Şəki, Oğuzda 5, Sədərəkdə 4, Şərur, Qəbələ, Gədəbəy, Mərəzədə 3, Şamaxı, Göygöl, Qusarda 2, Ordubadda 1 sm olub.
Şimal-qərb küləyi arabir Naftalanda 18, Bakıda və Abşeron yarımadasında: Bakıda 25, Pirallahı, Maştağada 20, Sumqayıtda 19, Binədə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu dekabrın 23-də iqlim normasından 1 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 6-10, aran rayonlarında 6-9 dərəcə isti, dağlıq rayonlarda 1-4 dərəcə şaxta, Naxçıvan MR-da 1-4 dərəcə isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, aran rayonlarında 2-4 dərəcə isti, dağlıq rayonlarda 5-9, Naxçıvan MR-da 1-4 dərəcə şaxta olub.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol