Göyçayda oğurluqla mşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2000 manat dəyərində kompüter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.
Onların ətrafında araşdırmalar aparılır.
www.anews.az