• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank şəhidin ailəsinə ev hədiyyə edir

Unibank şəhidin ailəsinə ev hədiyyə edir
26.12.2020 13:23

Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək. Müharibənin ilk günlərindən könüllü şəkildə Vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov, Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Özü yaralı olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq xilas edib. 21 yaşlı şəhidimiz  Böyük Zəfər tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.

Turalın anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, Unibank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə həllini tapacaq. Unibank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Bizə böyük qələbəni yaşadan, təqvimimizə şanlı Zəfər gününü yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol